Trampı heç vaxt bağışlamayacağam - Obama

30 Mart 2019 11:33 (UTC+04:00)

Keçmiş ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obamanın yazdığı, 5 ay əvvəl nəşr olunan "Becoming" (Olmaq) adlı kitabı satış rekordları qırır.

AzNews.az bildirir ki, avtobioqrafik məzmunlu kitab artıq 10 milyondan çox satış edib. "Bertelsmann" şirkətinin rəhbəri Tomas Reyb bildirib ki, bu kitab tarixdəki ən uğurlu avtobioqrafiya kitabı ola bilər.

Əsas hissələri alman şirkəti "Bertelsmann"a məxsus yayın evi tərəfindən nəşr olunan kitab Obama ailəsinin həyatından, Mişel Obamanın keçirdiyi çətin dövrlərdən bəhs edir.

Mişel Obama onların Amerikada doğulmadığı iddiasına dəstək verən Tramp haqqında kitabda qeyd edib: "Donald Tramp ailəmin təhlükəsizliyini riskə atdı, onu heç vaxt bağışlamayacağam".

Qeyd edək ki, eyni yayın evi 2017-ci ildə Barak Obama ilə 60 milyon dollar dəyərində müəllif haqları müqaviləsi imzalayıb. Lakin həmin kitab hələ nəşr olunmayıb.

Cavidan Mirzəzadə

AzNews.az