Aysun keçmiş sevgilisindən danışıb ağladı: "Başımı çiyninə qoyanda..." - VİDEO

30 Mart 2019 12:04 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılovanının qızı Aysun İsmayılova keçmiş sevgilisindən danışıb.

AzNews.az xəbər verir ki, "Boş anlar" verilişində bitirdiyi 3 illik sevgi münasibətlərindən danışan Aysun göz yaşlarına boğulub:

"Mən yanılmışam. Ən çox ona üzülürəm ki, ağlımla hərəkət edirdim. Niyə belə alındı, bilmədim. Bir anda anladım ki, bu insan mənə görə biri deyil. Qadın bezəndə, qayğı görməyəndə, dəyər verilməyəndə gedir. Bir kişi qadına xanım olduğunu hiss etdirməlidir. "Səni sevirəm" deməklə deyil. Sadəcə başını onun çiyninə qoyanda, hiss etməlisən ki, sənə heç kim heç nə edə bilməz!".

Aynur

AzNews.az