9 türkiyəli hərbçi qəzada yaralandı - Suriya ərazisində

30 Mart 2019 13:17 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində antiterror əməliyyatı keçirən hərbi birləşmələrinə məxsus zirehli maşının aşması nəticəsində doqquz hərbçi yaralanıb.

Qəza “Fırat qalxanı” kod adı ilə həyata keçirilən antiterror əməliyyatı nəticəsində terrorçulardan təmizlənən Türkiyəyə yaxın Dabık bölgəsində baş verib.

Yaralı əsgərlər Türkiyənin Kilis dövlət xəstəxanasına çatdırılıblar. Yaralılar üçün həyati təhlükə olmadığı bildirilir. (AZƏRTAC)