Rəcəb Tayyib Ərdoğan İstanbulda səs verdi

31 Mart 2019 15:35 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan martın 31-də günorta saatlarına İstanbulun Üsküdar rayonunda Saffet Çebi orta məktəbindəki seçki məntəqəsində səs veriblər.

Dövlət başçısı səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib: “Səsvermənin gedişini müəyyən vaxta qədər İstanbulda izləyəcəyəm. İstanbulda mətbuat konfransından sonra Ankaraya gedəcəyəm”.

Türkiyə Prezidenti Malatya vilayətindəki seçki məntəqəsində namizədlərin tərəfdarları arasında baş verən silahlı münaqişə ilə bağlı bildirib: “Pütürgedəki hadisələrlə bizi narahat etdi. Belə bir hadisə baş verməməli idi”.(AZƏRTAC)

AzNews.az