Zelenskiy və Poroşenko ən çox səs toplayıblar - "Exit poll"

31 Mart 2019 21:31 (UTC+04:00)

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, nəticələrə əsasən Vladimir Zelenskiy, Petr Poroşenkoikinci tura çıxıblar.

Televiziya Xəbər Xidməti - "TSN" tərəfindən keçirilən "exit poll"in nəticələrinə əsasən qeyd edilir ki, Vladimir Zelenski 30,1 faiz, Petr Poroşenko 18,5 faiz səs toplayıblar. Digər namizəd Yuliya Timoşenkonun isə 14 faiz səs topladığı bildirilir.

Qeyd edək ki, prezident seçkiləri başa çatıb. Saat 15-ə olan məlumata əsasən seçkilərdə (199 seçki dairəsinin 36 dairəsi üzrə məlumata görə - red) səsvermə hüququ olan vətəndaşların 45 faizdən çoxu səs verib.

AzNews.az