Azərbaycandakı ukraynalılar kimə səs verdilər?

1 Aprel 2019 10:33 (UTC+04:00)

Azərbaycanda yaşayan Ukrayna vətəndaşlarının prezident seçkiləri üzrə səsverməsinin nəticələri məlum olub.

Bülletenlərin 100 faizinin hesablanmasının nəticəsinə görə, seçicilərin əksəriyyəti - 37,14%-i Ukraynanın hazırkı Prezidenti Petro Poroşenkoya səs veriblər.

Ukraynanın Azərbaycandakı səfirliyində açılmış seçki məntəqəsində səsverməyə ümumilikdə 175 nəfər qatılıb.

Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-də keçirilib. Ukrayna MSK-nın məlumatına görə, bülletenlərin 40,21%-nin hesablanmasının nəticələrinə görə, prezidentliyə namizəd, şoumen Vladimir Zelenski Ukraynadakı prezident seçkilərinin ilk turunda səslərin 30,23%-ni toplayıb, hazırkı dövlət başçısı Petro Poroşenko isə 16,65% səs qazanıb.(report.az)

AzNews.az