Messi Mbappe ilə fərqi artırdı

1 Aprel 2019 11:12 (UTC+04:00)

Avropa ölkələrinin milli çempionatlarında ən çox qol vuran futbolçu üçün təsis edilən “Qızıl buts” mükafatına namizədlərin siyahısı açıqlanıb.

İspaniya çempionatının XXIX turunun “Espanyol”la oyununda dublla 2:0 hesablı qələbədə pay sahibi olan Lionel Messi üstünlüyünü artırıb.

İspaniya çempionatında qol sayını 31-ə çatdıran “Barselona”nın argentinalı futbolçusu aktivini 62 xala çatdırıb. O, ən yaxın izləyicisi Killian Mbappe ilə fərqi 4 qol və ya 8 xala yüksəldə bilib. Fransa PSJ-sinin gənc hücumçusu 27 qolla 54 xal toplayıb.

İtaliya “Sampdoriya”sının veteranı Fabio Kvalyarella liderlərdən uzaq düşüb. 21 qol vuran hücumçunun 42 xalı var. İlk “üçlüy”ü hərəyə 19 qol vuran beş oyunçu izləyir.

Qeyd edək ki, “Qızıl buts” uğrunda mübarizədə futbolçuların qolları təmsil etdiyi liqanın güc əmsalına vurulur. Aparıcı liqaların əmsalı 2, ortabab çempionatlarda 1,5, digərlərində isə 1-ə bərabərdir.

“Qızıl buts”a namizədlər
1. Lionel Messi (Barselona) - 31 qol / 62 xal
2. Kilian Mbappe (PSJ) - 27 qol / 54 xal
3. Fabio Kvalyarella (Sampdoriya) - 21 qol / 42 xal
4-8. Kriştianu Ronaldu (Yuventus) - 19 qol / 38 xal
4-8. Kşiştof Pentek (Milan) - 19 qol / 38 xal
4-8. Serxio Aquero (Mançester Siti) - 19 qol / 38 xal
4-8. Robert Levandovski (Bavariya) - 19 qol / 38 xal
4-8. Duvan Sapata (Atalanta) - 19 qol / 38 xal (ona.az)

AzNews.az