56 yaşlı kişinin meyiti tapıldı

1 Aprel 2019 11:16 (UTC+04:00)

Martın 31-də rayonun İmamqulukənd sakini, 1963-cü il təvəllüdlü Azayev Şahvələd Dəstəbəy oğlunun meyiti yaşadığı yarımtikilidə tapılıb. Hadisə yeri rayon prokurorluğunun əməliyyat qrupu tərəfindən müayinə olunub.

Ş.Azayevin meyitinə baxış zamanı onun hər iki əlinin barmaqlarının siçan və gəmiricilər tərəfindən yeyildiyi aşkar olunub. Meyitin üz nahiyəsində də çürümələr müşahidə olunub. Məhkəmə tibb ekspertizası təyin edilib.

Məlumata görə, Ş.Azayev uzun müddət həmin yarımtikilidə tək yaşayıb, spirtli içki aludəçisi olub, tüfeyli həyat tərzi keçirib.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az