MSK İmamoğlunun öndə olduğunu açıqladı

1 Aprel 2019 11:48 (UTC+04:00)

İstanbul bələdiyyəsinin rəhbərliyi uğrunda seçkilərdə Millət İttifaqının namizədi Əkrəm İmamoğlu rəqibini keçib.

“Anadolu” agentliyinin xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Sadi Güvən bildirib.

Onun sözlərinə görə, bu ana qədər 31 min 102 sandıq hesablanıb, lakin hələ sayılmayan 89 sandıq var: “İndiyə qədər Əkrəm İmamoğluna 4 milyon 159 min 650, Binəli Yıldırıma isə 4 milyon 131 min 761 səs gəlib”.(qafqazinfo.az)

AzNews.az