Şəmkirdə Azərbaycan derbisi

1 Aprel 2019 12:07 (UTC+04:00)

Bu gün Şəmkirdə “Shamkir Chess” şahmat üzrə 6-cı beynəlxalq turnirdə II tur start götürür.

10 dərin zəka sahibinin dairəvi sistem üzrə keçirilən mübarizəsində ikinci gündə Azərbaycan derbisi olacaq.

Belə ki, turnirdəki təmsilçilərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov görüşəcəklər.

Xatırladaq ki, ilk gündə bütün qarşılaşmalar heç-heçə nəticələnib.

Veselin Topalov (Bolqarıstan) - David Navara (Çexiya)

Maqnus Karlssen (Norveç) - Vişvanatan Anand (Hindistan)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan)

Dinq Lijen (Çin) - Aleksandr Qrişşuk (Rusiya)

Aniş Qiri (Hollandiya) - Sergey Karyakin (Rusiya) (qafqazinfo.az)

AzNews.az