Ukraynada prezident seçkilərinin ikinci turu keçiriləcək

1 Aprel 2019 12:21 (UTC+04:00)

Ukraynanın Mərkəzi Seçki Komissiyası rəsmi olaraq prezident seçkilərində ikinci turun keçiriləcəyini açıqlayıb.

Bu barədə UNİAN-a istinadən xəbər verir.

MSK sədri Tatyana Slipaçukun bildirdiyinə görə, protokolların 60 faizindən çoxunun hesablanması nəticəsində heç bir namizədin seçicilərin səs çoxluğunu qazana bilməyəcəyi məlum olub.

Qeyd edək ki, MSK prezident seçkilərində səsvermənin nəticələri üzrə məntəqə seçki komissiyalarının protokollarının 60,28%-ni "emal edib". Seçicilərin 30,36%-nin dəstəklədiyi şoumen Vladimir Zelenski liderliyini davam etdirir. Hazırkı dövlət başçısı Petro Poroşenkoya seçicilərin 16,40%-i, "Batkivşina" Partiyasının lideri Yuliya Timoşenkoya isə 13,08%-i səs verib.(report.az)

AzNews.az