Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı - 7 qəpik

1 Aprel 2019 13:16 (UTC+04:00)

Azərbaycanda yumurtanın qiyməti kəskin şəkildə ucuzlaşıb.

Novruz bayramı ərəfəsində bir ədəd yumurta 12-13 qəpiyə satılırdısa, indi bu rəqəm yarıbayarı aşağı enib. Hazırda quşçuluq şirkətlərində yumurtanın topdansatış qiyməti 7 qəpiyə enib.

AzNews.az məsələ ilə bağlı “Hacıqabul Quşçuluq” şirkəti ilə əlaqə saxlayıb.

Şirkətdən bildirilən məlumata görə, yumurtanın bir ədədinin qiyməti 7 qəpikdir: “Bir həftədən yuxarıdır ki, yumurtanın qiyməti aşağı düşüb. Şirkət olaraq mağazalara yumurtanın bir ədədini 7 qəpiyə satırıq. Bunun səbəbini yaz ayları ilə əlaqələndirirlər, çünki bu vaxt yumurta bol olur”.

Bahar RÜSTƏMLİ

AzNews.az