Ermənistanda aktyorlar da etiraza başladılar

1 Aprel 2019 13:01 (UTC+04:00)

Ermənistanda Spendiarova adına Opera və Balet Teatrının əməkdaşları hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər.

Onlar mədəniyyət nazirinin teatrın direktoru Konstantin Orbelyanın vəzifəsindən azad edilməsi ilə bağlı qərarının ləğvini tələb edirlər. Bildirilir ki, direktor rus dilinə üstünlük verməkdə ittiham olunub.

Tələblər arasında incəsənət xadimlərinin aylıq məvaciblərinin artırılması, rifahlarının yüksəldilməsi, həyat şəraitlərinin və iş mühitinin yaxşılaşdırılması da var.

Aksiyada o da qeyd olunub ki, mədəniyyət naziri Nazeni Qarebyan aktyorların şikayətlərinə baxmır.(virtualaz.org)

AzNews.az