Türkiyədə ağır qəza - Ölən var

1 Aprel 2019 13:19 (UTC+04:00)

Türkiyənin Mersin şəhərinin Tarsun rayonunda suriyalı kənd təsərrüfatı işçilərini daşıyan avtobus aşıb.

“Milliyet” xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 3-ü ağır olmaqla 11 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzanın havanın yağışlı, yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.(qafqazinfo.az)



AzNews.az