Dünyanı Tarkan idarə etsin - Cem Yılmaz

1 Aprel 2019 15:14 (UTC+04:00)

Türkiyənin tanınmış komediya ustası Cem Yılmaz yeni şousu olan “Diamond Elite Platinum Plus”un Kıbrıs premyerasını Concorde şou mərkəzində reallaşdırıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hər şousunu maraqlı oynayan Cem Yılmaza Kıbrısda da münasibət isti olub.

Otelin 900 nəfərlik teatr salonunu dolduran komediya ustası Kıbrıs tamaşaçılarından müsbət enerji alıb.

Səhnədə baxış və hərəkətləri ilə həmişə Tarkan kimi bir adam olmaq istədiyini deyən Cem Yılmaz "Dünyanı Tarkanın idarə etməsini istəyərdim, ancaq bəzi musiqiləri ilə hərəkətləri düz gəlmir. Məsələn, “Dərt babasıyam” adlı bir mahnısı var. O mahnıya oynayan Tarkana həmişə belə bir sual vermək istəmişəm: “Nə dərdin var,Tarkan?” sözləri ilə hamını güldürüb.

Səidə Vahid

AzNews.az