ATƏT sədri: “Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin görüşü...”

1 Aprel 2019 15:09 (UTC+04:00)

ATƏT-in fəaliyyətdəki sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ), həmçinin fəaliyyətdəki sədrin şəxsi köməkçisi Anjey Kaspşik ilə Bratislavada görüş keçirib.

ATƏT-in mətbuat xidməti xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdəki sədri Dağlıq Qarabağ məsələsinə dair danışıqlardakı konstruktiv ab-havanı, liderlərin bu münaqişəni sülh yolu ilə həll etməyə sadiq olduqlarını alqışlayıb.

“Biz bu barədə müsbət fikirdəyik və danışıqlar prosesini, atəşkəs rejiminin gücləndirilməsinə, humanitar müstəvidə tədbirlər görülməsinə dair liderlərin öhdəliklərini tam şəkildə dəstəkləyirik”, – M.Layçak bildirib.(report.az)

AzNews.az