Meşə yanğınında itkin düşən 30 nəfərin hamısı ölüb

1 Aprel 2019 15:28 (UTC+04:00)

Çinin Siçuan vilayətində dağlıq ərazidə meşə yanğının söndürülməsinə cəlb olunan 30 nəfər ölüb.

Çin Xalq Azadlıq Ordusunun mətbu orqanı xəbər verir k, ölənlər martın 31-də itkin düşən yanğınsöndürənlərdir.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Qeyd edək ki, martın 30-da dəniz səviyyəsindən 3800 metr yüksəklikdə yerləşən meşədə güclü yanğın başlayıb.

Küləkli hava şəraiti yanğının güclənməsinə səbəb olub.(AZƏRTAC)

AzNews.az