Aktyor bankı məhkəməyə verdi

1 Aprel 2019 15:50 (UTC+04:00)

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ məhkəməlik olub.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyorun ABŞ-a köçən qardaşı Ömür Tuqayın banka olan borcuna görə Kıvanç Tatlıtuğun avtomobili girov götürülüb.

Aktyor maşınına qoyulan girovu götürmək üçün banka 1778 lirə pul ödəyib.

Kıvanç Tatlıtuğ özünə aid olmayan borc üçün yalnış girov götürdüklərinə görə bankı məhkəməyə verib. Keçən günlərdə baş tutan məhkəmə zamanı bankın aktyora 1778 lirə geri ödəmək qərarı çıxarılıb.

Nigar CƏFƏR

AzNews.az