“Məcburi köçkünlərə mənzillərin verilməsi...” - Rövşən Rzayev

1 Aprel 2019 16:05 (UTC+04:00)

Dünyada yalnız Azərbaycanda məcburi köçkünlər üçün dövlət tərəfindən mənzillər tikilir və pulsuz paylanılır.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Azərbaycan dövləti indiyə qədər bu işi həyata keçirib və bundan sonra da həyata keçiriləcək:

“Mənzillərin verilməsi tam şəffaf şəkildə həyata keçirilir. Təkcə son bir il ərzində məcburi köçkünlərə üç mindən çox mənzil verilib. Mənzillərin verilməsi ilə bağlı xüsusi komissiya yaradılıb və tam əminliklə deyə bilərəm ki, komissiya şəffaf şəkildə fəaliyyət göstərir. Təəssüflər olsun ki, bəziləri bizim haqqımızda başqa cür danışır, ancaq onların da məqsədi bizə aydındır”.

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyev qaçın və məcburi köçkünlərə daim diqqət göstərir:

“Məcburi köçkünlərə verilən müavinətlər 50 faiz artırılıb və aprel ayından etibarən məcburi köçkünlər müavinətləri artımla alacaqlar. Eyni zamanda, məcburi köçkünlər üçün əmək yarmarkaları, tibbi müayinələr keçirlir. Əlbəttə, bizim əsas istəyimiz torpaqlarımızın erməni işğalından azad edilməsidir. Əminəm ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə buna nail olacağıq”.(trend.az)

AzNews.az