Berlinin ictimai nəqliyyatı tətil səbəbindən dayandı

1 Aprel 2019 17:08 (UTC+04:00)

“Zeit” qəzeti xəbər verir ki, tətillər səbəbindən Almaniya paytaxtında ictimai nəqliyyat iflic vəziyyətinə düşüb. Yerli vaxtla saat 03:00-dan etibarən metropoliten işləmir, tramvay və avtobusların əksəriyyətinin hərəkəti dayandırılıb.

Tətilin təşəbbüskarı xidmət sahəsi əməkdaşlarının həmkarlar ittifaqıdır. Onlar maaşların artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Almaniya paytaxtının nəqliyyat idarəsində 14,6 min nəfər çalışır.(AZƏRTAC)

AzNews.az