Tunis peykini kosmosa çatdırmağa Rusiya kömək edəcək

1 Aprel 2019 21:38 (UTC+04:00)

Tunis özünün ilk peykini kosmosa göndərməyə hazırlaşır.

Tunisə bunda “Roskosmos” yardım edəcək.

Müvafiq razılaşma bu gün Tunisdə Rəqəmsal tədqiqatlar mərkəzində imzalanıb.

Razılaşmaya əsasən Tunis 2020-ci ildə yer orbitinə “Soyuz 2.1a” raketi ilə “Challenge One” peykini göndərəcək.

“Challenge One”-ın orbitdə gördüyü iş orada 30 peykdən ibarət qruplaşma yaratmağa imkan verəcək. (ona.az)

AzNews.az