Gürcüstanda zəlzələ oldu

1 Aprel 2019 22:32 (UTC+04:00)

Gürcüstanda 3,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 21:34-də qeydə alınıb. Zəlzələnin episentri Kvareli rayonu ərazisində olub.

AzNews.az