ABŞ Türkiyəyə "F-35" təyyarələri üçün hissələrin tədarükünü dayandırdı

1 Aprel 2019 23:01 (UTC+04:00)

ABŞ Türkiyənin Rusiyadan S-400 raketləri alması ilə əlaqədar bu ölkəyə "F-35" təyyarələri üçün hissələrin tədarükünü dayandırıb.

Bu barədə məlumatı "Reuters" mənbəyə istinad yayıb.

Qeyd edək ki, Türkiyə azı 100 ədəd "F-35 Lightining II" satın almaq niyyətindədir. Satınalma ABŞ-ın himayəsi ilə "F-35"lərin hazırlanması üzrə çoxmillətli proqram çərçivəsində həyata keçirilir. Ankara proqrama 2002-ci ildə qoşulub. Daha əvvəl ABŞ Konqresi Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri tədarük etmək planlarına görə qırıcıların Ankaraya satışını dayandırmaq niyyətində olduğunu açıqlayıb.

AzNews.az