Ermənistanda korrupsiyaya görə 960 şəxs məsuliyyətə cəlb edilib

2 Aprel 2019 09:10 (UTC+04:00)

2018-ci ildə Ermənistanda korrupsiya ilə bağlı istintaq orqanlarının icraatında olan işlər çərçivəsində 960 şəxs məsuliyyətə cəlb edilib.

Bu da 2017-ci illə müqayisədə 60 faiz çox deməkdir.

Əgər 2017-ci ildə məsuliyyətə cəlb edilənlərin 292-si vəzifəli şəxs idisə, 2018-ci ildə bu rəqəm 470 nəfər təşkil edib.

Aparılan araşdırmalardan sonra 960 şəxsin 133-ü saxlanılıb, 96 nəfəri azad edilib. Lakin 2017-ci ilə nisbətdə korrupsiya ilə bağlı həbs qətimkan tədbirinin seçilməsi 33 faiz az olub - 2017-ci ildə 112 nəfər, 2018-ci ildə 84 nəfər. Bundan başqa ötən il 54 təqsirləndirilən şəxsin vəzifə səlahiyyətlərinə xitam verilib.(report.az)

AzNews.az