“ABŞ Rusiya ilə əməkdaşlıq etmək istəyir” - Pompeo

2 Aprel 2019 09:30 (UTC+04:00)

ABŞ administrasiyası Rusiya ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanları axtarır.

"TASS"ın verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo Pensilvaniya ştatında jurnalistlərin suallarını cavablandırarkən deyib.

M.Pompeo bildirib: "Prezident Donald Tramp göstərdi ki, biz həmişə Rusiya ilə birgə işləyə biləcəyimiz qarşılıqlı maraq doğuran sahələr axtarırıq və axtarmışıq. Mən MKİ-nin rəhbəri olan zamanlarda biz terrorçuluğa qarşı birgə çox fəal işləyirdik".

Dövlət katibi qeyd edib ki, maraqların uyğun gəlmədiyi sahələr də var: "Mən ümid edirəm ki, bu sahələr üzrə bizim Rusiyayla dialoqumuz olar".(trend.az)

AzNews.az