Şeyma Subaşı Acunun sevgilisi ilə söz savaşına çıxdı

2 Aprel 2019 09:45 (UTC+04:00)

Türkiyənin TV8 kanalının rəhbəri Acun Ilıcalının sevgilisi olduğu iddia edilən Itır Esen və Şeyma Subaşı söz savaşına çıxıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yaxın günlərdə Itır Esen “Kitablar aksesuar deyil!” deyə paylaşımı ilə Şeyma Subaşıya sataşdığı iddia edilib.

Itır Esenin bu hərəkətindən sonra Şeyma Subaşı ard-arda paylaşım edərək Itıra söz atıb.

Belə ki, Şeyma Elif Şafakın kitabını paylaşaraq “Yolda, tıxacda, kafedə dostlarımı gözləyərkən mənə ən yaxşı yoldaşlıq edəcək şeyi tapdım. Kitablarımı da çantam, eynəyim kimi yanımda gəzdirəcəm” yazıb.

Şeyma daha sonra kitabdan bir hissə paylaşıb. Həmin hissədə isə “Əsas çirk xaricdə deyil, daxildədir... Geyimdə deyil, qəlbdədir. Onun xaricində hər ləkə nə qədər pis görünsə də, yuyulduqda təmizlənir. Yumaqla çıxmayan tək çirk qəlblərdə yağ bağlamış pis niyyətdir” yazılıb.

Nigar CƏFƏR

AzNews.az