İstanbullular günü qəza xəbəri ilə açıb. Yavuz Sultan Səlim Körpüsü istiqamətində TIR qəzası meydana gəlib.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbulda Şimali Mərmərə Çevrə yolunda, Paşaköydə bir TIR qəzası baş verib.
Qəza nəticəsində TIR-da olan bütün əşyalar yerə dağılıb. Ətrafdakı sürücülərin qəza haqqında xəbərdarlıq etməsindən sonra aidiyyatı qurumlar TIR-ı və yola səpələnmiş əşyaları ərazidən kənarlaşdırıblar.
Səidə Vahid
AzNews.az