Bakıda işləməyə gələn pakistanlı itkin düşdü

2 Aprel 2019 09:55 (UTC+04:00)

Bakıda yaşayan Pakistan vətəndaşı itkin düşüb.

Bu barədə polisə Bakının Nəsimi rayonu, S.Rəhimov küçəsi 197 ünvanında yerləşən "Minalə" hostelində yaşayan, 1955-ci il təvəllüdlü Foriya Zaheer məlumat verib.

O bildirib ki, iki ildir icazə əsasında "Minalə" hostelində yaşayan oğlu, 1988-ci il təvəllüdlü Zaheer Umair aprelin 1-də yaşadığı yerdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.(trend.az)

AzNews.az