Rövşən Almuradlını itirdik, dayanacaqda oturduğu yerdə - Xalq artistindən açıqlama

2 Aprel 2019 09:38 (UTC+04:00)

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

AzNews.az xəbər verir ki, tanınmış rejissor Rövşən Almuradlı səhər saatlarında dünyasını dəyişib.

Məlumatı xalq artisti Nurəddin Mehdixanlı təsdiqləyib. O bildirib ki, Rövşən Almuradlı bu səhər Quba rayonuna getmək məqsədi ilə evdən çıxıb:

“Sənədli film çəkmişdi. Bu gün Qubada onun təqdimatı keçiriləcəkdi. Dayanacaqda halı pisləşib. Dostlarına zəng edib deyib ki, "siz gedin, mən özümü pis hiss edirəm". Halı pisləşdiyini görüb və dayanacaqda oturacaqda oturub. Elə oradaca dünyasını dəyişib".

Bahar RÜSTƏMLİ

AzNews.az