Arzu Soltanın əsəri Naxçıvan Uşaq Teatrında

2 Aprel 2019 11:53 (UTC+04:00)

Yazıçı-ssenarist Arzu Soltanın pyesi əsasında Naxçıvan Dövlət Uşaq Teatrında tamaşa hazırlanıb.

AzNews.az xəbər verir ki, "Adam-badam iyisi gəlir” adlı tamaşa mart ayının son günlərində teatrsevərlərə təqdim olunub.

Nağıl-tamaşasının quruluşçu rejissoru Nurbəniz Niftəliyeva, rejissor assistenti Səkinə Məmmədov, rəssamı Həbib Allahverdiyev, musiqi tərtibatçısı Mirsaleh Seyidovdur. Rolları teatrın gənc aktyorları ifa edirlər.

Tamaşa kiçik yaşlı tamaşaçılara ədalət, bərabərlik, gözəllikləri dəyərləndirmək hissləri aşılayır.

Bahar

AzNews.az