Cem Yılmaz Acuna söz atdı

2 Aprel 2019 12:04 (UTC+04:00)

Türkiyənin məşhur komediya ustası Cem Yılmaz TV8-in rəhbəri Acun Ilıcalıya söz atıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yaxın günlərdə stand-up şousunu təqdim edən Cem Yılmaz məşhurlarla bağlı zarafatlar edib.

Komediya ustası oğlu Kamalın pul xərcəməsi haqqında belə deyib:

“Mən hələ qış üçün bir gödəkçə almamışdım, baxdım ki, Kamal onlayn kompüter oyunu üçün kredit kartımdan 6 min lirə pul xərcləyib. Qarşıma oturdub "Oğlum, atan Acun deyil, diqqətli pul xərclə" dedim”.

Nigar CƏFƏR

AzNews.az