İstanbulda qiymətlərdə artım müşahidə edilib

2 Aprel 2019 12:36 (UTC+04:00)

İstanbul Ticarət Evindən verilən məlumata görə, martda şəhərdə qiymətlər topdan 0,71, pərakəndə 0,75 faiz artıb.

İllik göstəricilərə nəzər saldıqda pərakəndə qiymətlərdə 17,74, topdan qiymətlərdə isə 23,36 faiz artım müşahidə olunub.

Şəhərin mədəniyyət, təhsil, əyləncə mərkəzlərində 1, səhiyyə və şəxsi gigiyena sahələri üzrə isə 0,21 faiz azalma qeydə alınıb.(AZƏRTAC)

AzNews.az