Nursultan Nazarbayev: “İnanıram ki, yeni prezident...”

2 Aprel 2019 12:39 (UTC+04:00)

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev yeni dövlət başçısı Kasım-Jomart Tokayevin onun gözləntilərinə cavab verəcəyinə inanır.

"TengriNews" xəbər verir ki, o, bu barədə Alma-Ata viləyətindəki doğma Şamalqan kəndinin sakinləri ilə görüşdə bildirib.

"Bilirsiniz ki, bu yaxınlarda başqa işə keçmək qərarına gəldim və prezidentliyi təhvil verdim. Çünki hər nəslin öz vaxtı var, görməli olduğu işlər var. Ölkə rəhbərliyində ən yüksək vəzifəyə keçdim, nə baş verdiyini gördüm və strateji problemlərinə diqqət yetirməyi qərara aldım. Mənim yerimə gəlmiş Prezident Kasım-Jomart Tokayevin gözləntilərimi boşa çıxarmayacağına inanıram", - deyə N.Nazarbayev qeyd edib.

Xatırladaq ki, N.Nazarbayev martın 20-də Qazaxıstan Prezidenti səlahiyyətlərini təhvil verib, dövlət başçısı isə buna qədər ölkə parlamentinin Senatının (yuxarı palata) sədri vəzifəsində çalışan Kasım-Jomart Tokayev olub.(report.az)

AzNews.az