Azərbaycanlı gənc Gürcüstanda mer ola bilər

2 Aprel 2019 14:02 (UTC+04:00)

Onlardan biri Marneulidir. Marneuli şəhəri və ona daxil olan kəndlərdə əhalinin əksər hissəsi azərbaycanlılardır.

Marneulinin meri mübarizəsi uğrunda bu gün üçün 4 nəfərin namizədliyi irəli sürülüb. Onlar azərbaycanlıdır.

Ən çox qalibiyyət şansı olan isə azərbaycanlı gənc Zaur Darğallıdır, onun namizədliyi hakim “Gürcü arzusu” partiyası tərəfindən irəli sürülüb.

Qeyd edək ki, Zaur Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. Ali təhsilini İlya Çavçavadze adına Dövlət Universitetini alıb, həmin universiteti müvəfəqiyyətlə bitirib.

Tələbəliyin ilk illərindən fəal ictimai fəaliyyət göstərib, bir sıra təşkilatlarda çalışıb. Gənclərlə bağlı həyata keçirilən çoxsaylı regional və ölkə masştablı layihələrdə iştirak edib və təşəbbüslər irəli sürüb, layihələr həyata keçirib.

2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib.

2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb.

2014-2017 ci ilədək Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri olub.

2017-ci ildən bu günədək Kvemo-Kartli bölgə qubernatorunun müavini vəzifəsində çalışır.

Zaur Darğallı, çalışdığı müddət ərzində Gürcüstanda yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, gənclərin inkişafı, sağlam həyat tərzinin təbliği, ekologiya, sosial, humanitar və digər sahələrdə çoxsaylı layihələr həyata keçiribdir.

Ailəlidir, 2 övladı var.(modern.az)

AzNews.az