Müğənni Mənzurə Musayeva "Səhər-səhər" verilişinin qonağı olub.
AzNews.az-ın məlumatına görə, sənətçi qızıl sevgisindən danışıb. Qolları, barmaqları aksesuarla dolu olan ifaçı hər zaman qızıl aldığını deyib.
Mənzurə sadə aksesuara pul xərcləmədiyini bildirib:
"Aksesuar taxmıram. Nə taxıramsa, hamısı qızıldır. İşimi bilirəm, heç vaxt sadə taxmıram. Heyfim gəlir, saxtaya pul verim. 5 manatlıq olsun, qızıl olsun. Ancaq qızıl alıram".
Aynur
AzNews.az