Antuan Qrizmann “Atletiko Madrid”dən ayrılmayacaq

2 Aprel 2019 14:40 (UTC+04:00)

İspaniyanın “Atletiko Madrid” klubunun prezidenti Enrike Sereso komandanın futbolçusu Antuan Qrizmann ilə bağlı açıqlama verib.

Klubun prezidenti 28 yaşlı fransalı müdafiəçinin Madrid təmsilçisindən ayrılmayacağını deyib: “Qrizmannın müqaviləsi davam edir. O, klub üçün əlindən gələni edir”.

Qeyd edək ki, fransalı müdafiəçi cari mövsümdə keçirdiyi 40 oyunda 18 qol vurub və 9 məhsuldar ötürmə edib.(AZƏRTAC)

AzNews.az