Suriyadan Türkiyəyə keçmək istəyən terrorçu saxlanıldı

2 Aprel 2019 15:18 (UTC+04:00)

Türkiyənin Şanlıurfa şəhərinin Suruç bölgəsində Suriyadan Türkiyəyə keçmək istəyən terrorçu saxlanılıb.

Türkiyənin təhlükəsizlik orqanlarından verilən məlumata görə, terrorçunun Suriyadan ölkəyə daxil olacağı barədə məlumat aldıqdan dərhal sonra kəşfiyyatçılar hərəkətə keçiblər. Saxlanılan şəxs PYD/PKK terror təşkilatının üzvüdür.

Terrorçunun üzərində silah-sursat aşkarlanıb.(AZƏRTAC)

AzNews.az