Britaniya kəşfiyyatının rəhbərinin oğlu yol qəzasında öldü

2 Aprel 2019 16:20 (UTC+04:00)

Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleks Yanqerin oğlu Sem Yanqer Şotlandiyada avtomobil qəzasında ölüb.

Bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Edinburq Universitetinin 22 yaşlı tələbəsi Sem Yanqerin martın 30-da Sterlinqşirdə minik maşınının iştirakı ilə baş vermiş yol qəzasında öldüyünü təsdiq edirik", - Şotlandiya polisinin məlumatında deyilir.

Hazırda polis qəzanın səbəblərini araşdırır, amma heç bir şübhəli vəziyyət aşkar olunmadığı bildirilir.(report.az)

AzNews.az