Damlanın filmini heç kim izləmədi - Dilarə Əliyeva

2 Aprel 2019 17:04 (UTC+04:00)

Əməkdar artist Dilarə Əliyeva müğənni Damlanın çəkildiyi filmlə bağlı gözlənilməz açıqlama verib.

AzNews.az-ın məlumatına görə, aktrisa "Səhər-səhər" verilişində bildirib ki, ifaçının rol aldığı ekran işi bəyənilməyib:

"Damlanın sevəni çoxdur. Kifayət qədər izləyicisi də var. Həmin sevənlərini nəzərə alıb, film çəkdirdi. Amma filmin baxışı olmadı.

O deməkdir ki, Damlanı sevmirlər? Əlbəttə sevirlər, amma tamaşaçı onu orada görmədi. Tamaşaçı gedib filmi izləmədisə, demək, orada nəsə düzgün deyil".

Qeyd edək ki, Damla "Taxta ayı" və "Vəziyyət ruscadı" filmlərində rol alıb.

Aynur

AzNews.az