Almaniya Futbol İttifaqının prezidenti istefa verdi

2 Aprel 2019 17:01 (UTC+04:00)

DPA agentliyi xəbər verir ki, 57 yaşlı funksionerin postundan gedişi “Der Spiegel”də nəşr olunan məlumatlarla bağlıdır.

Bildirilir ki, R.Qrindel DFB-nin törəmə şirkətində işlədiyi müddətdə 13 ay ərzində əlavə 6 min avro alıb və bunu gizlədib. O, ukraynalı oliqarxın hədiyyə etdiyi bahalı saatı götürdüyü üçün təzyiqlə üzləşib.

Qeyd edək ki, R.Qrindel 2016-cı ildən bu postu tutur. Onu əvəzləməyə ən real namizəd kimi vitse-prezidentlər – Rayner Kox və Raynhard Raubal göstərilir.(report.az)

AzNews.az