“Nağdsız hesablaşmalara dair qanundan sonra dövriyyəmiz 7 dəfə artıb” - “Bank of Baku”nun sədri

2 Aprel 2019 17:54 (UTC+04:00)

“Bildiyiniz kimi bir neçə məhdudiyyətlər tətbiq edildi – 30 min manata qədər ƏDV ödəyiciləri üçün, 15 min manbata qədər sadələşdirilmiş vergi ödəyiciləri üçün. Bu da öz növbəsində nağdsız əməliyyatların artması üçün stimull yaratdı.”

Bunu “Bank of Baku” ASC-nin İdarə Heyəti sədri Eldar Həmidov “ARB24”ə müsahibəsində deyib.

“Təkcə “Bank of Baku”nun timsalında dövriyyəmiz 7 dəfə artıb” – deyə, Bank sədri deyir.

Sədr həmçinin bildirir ki, bu qanun həm də biznes üçün daha təhlükəsiz ödəniş üçün həmçinin banklar üçün komisyon qazancı, yeni məhsullarını yaratmasına şərait yaradıb.(banker.az)

AzNews.az