Gəncədə əmək yarmarkası keçirilib

26 Aprel 2013 18:22 (UTC+04:00)


Gəncə şəhər Məşğulluq Mərkəzinin direktoru Abil Tağıyevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, cari ilin ilk əmək yarmarkası əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğun səviyyəsinin artırılması ilə bağlı təşkil olunub.

O qeyd edib ki, yarmarkaya 64 müəssisə tərəfindən 514 boş iş yeri çıxarılıb, bunun da 258-i dövlət, 256-sı isə özəl müəssisələrə aiddir. Təklif olunan iş yerlərinin 272-si fəhlə, 157-si qulluqçu, 85-i isə xidmət sektoruna aiddir.

Yarmarkada təklif olunan əmək haqqı 100-632 manat civarında dəyişib. Müraciətçilər arasında gənclər üstünlük təşkil edib. Yarmarkada işaxtaranların sayı 1 200-dən artıq olub.

AzNews.az