"Borussiya" baş məşqçisi ilə yollarını ayıracağını açıqladı

2 Aprel 2019 18:43 (UTC+04:00)

Almaniyanın "Borussiya"(Münhenqladbax) futbol komandası baş məşqçisi Diter Hekkinqlə yollarını ayıracağını açıqlayıb.

55 yaşlı mütəxəssis cari mövsümün sonunda postunu tərk edəcək.

Qeyd edək ki, D.Hekkinq 2016-cı ildən "Borussiya"nın baş məşqçisidir. Komanda onun rəhbərliyi altında ötən mövsüm Bundesliqada 9-cu olub. "Borussiya" cari mövsümdə 27 turdan sonra 47 xalla 5-ci pillədə qərarlaşıb.

AzNews.az