Gəncədə torpaq uçdu - Ölən var

3 Aprel 2019 09:24 (UTC+04:00)

Gəncə şəhərində torpaq sürüşməsi baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, hadisə şəhərin Kəpəz rayonunda daş-çınqıl karxanasında qeydə alınıb. Hadisə nəticəsində 1 nəfərin torpaq kütləsinin altında qalaraq dünyasını dəyişib.

Hadisə yerinə Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1970-ci il təvəllüdlü İsmayılov İlham Rza oğlunun meyiti aşkar edilib və torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzNews.az