Tramp atasının doğulduğu şəhəri qarışıq saldı

3 Aprel 2019 09:34 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp atası Fred Trampın doğulduğu yer haqqında danışarkən səhvə yol verib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşü zamanı D.Tramp Almaniyaya və kansler Angela Merkelə dərin hörmət bəslədiyini deyib:

"Mənim atam da alman idi və Almaniyanın gözəl bir yerində doğulub. Özümün də Almaniyaya qarşı xoş duyğularım var”.

Qeyri-məxfi mənbələrə görə isə, prezidentin atası F.Tramp Almaniyada deyil, Nyu-York ştatının Bronks şəhərində, Bavariya əsilli miqrant ailəsində anadan olub. (ONA)

AzNews.az