İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri keçiriləcək

3 Aprel 2019 09:50 (UTC+04:00)

İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri keçiriləcək.

Bu qərar hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda səsvermənin nəticələrindən şikayət etməsindən sonra Türkiyə Ali Seçki Komissiyası tərəfindən qəbul edilib.

Qeyd edək ki, AKP İstanbulun bütün 39 rayonunda bələdiyyə seçkilərinin nəticələrinə etiraz edib.

Xatırladaq ki, bundan əvvəl hakim partiyanın İstanbul bölməsinin rəhbəri Bayram Şenocak İstanbulda seçkilərin nəticələrinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun xeyrinə saxtalaşdırılması ilə bağlı dəlillərə malik olduğunu bəyan edib.

Ə.İmamoğlu seçkilərdə 4,159 milyon, AKP-nin namizədi Binəli Yıldırım isə 4,131 milyon səs qazanıb.(trend.az)

AzNews.az