Dünyanın ən yaxşı aviaşirkətləri - Siyahı

3 Aprel 2019 10:07 (UTC+04:00)

“Singapore Airlines” hava yolları şirkəti dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqinə başçılıq edir.

Reytinqi ABŞ-ın nüfuzlu “TripAdvisor” səyahət saytı tərtib edib.

Cədvəl tutulan zaman istifadəçilərin verdiyi qiymətlər əsas götürülüb, uçuşun və salonun rahatlığı və digər amillər nəzərə alınıb.

İkinci və üçüncü yerləri, müvafiq olaraq Qətərin “Qatar Airways” və Tayvanın “EVA Air” hava yolları şirkətləri tutub. İlk beşliyi “Emirates” (BƏƏ) və “Japan Airlines” (Yaponiya) tamamlayır.

“Top-10”luğa ABŞ-ın “Southwest Airlines”, Braziliyanın “Azul”, Yeni Zelandiyanın “Air New Zealand”, Britaniyanın “Jet2.com” (loukoster) və Yaponiyanın “All Nippon Airways” şirkətləri daxildir.(oxu.az)

AzNews.az