Bülent xanımla qarşılaşsam... - Ömür Gedik

3 Aprel 2019 10:53 (UTC+04:00)

Türkiyəli məşhur müğənnilər - Ömür Gedik və Emre Kaya dünən axşam bir yerdə görüntüləniblər.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bülent Ersoyla kürk qalmaqalı ilə gündəmə gələn Ömür Gedik bu olay haqda danışıb.

Müğənni “Problemləri bitirmişik. Bülent xanımla qarşılaşsam, heç bir problemim olmayacaq. Məsələləri şəxsiləşdirməyək, mənim mübarizəm davam edəcək” deyib.

Emre Kaya da Ömür Gedikin sözlərinə dəstək verib:

“Mən də heyvanlara edilən əziyyətə qarşıyam. Qətiyyən heyvanların öldürülməsinin tərəfdarı deyiləm. Heyvanlar çox dəyərli və qiymətlidir”.

Nigar CƏFƏR

AzNews.az