“Ronaldo üçün 12 milyon avro verə bilmədik”

3 Aprel 2019 11:32 (UTC+04:00)

“Departivo” klubunun keçmiş prezidenti Auqusto Sezar Leandoyra Kriştiano Ronaldonu 12 milyon avroya transfer edə bildmədiklərini etiraf edib.

Kriştiano Ronaldonu 18 yaşındaykən “Sportinq”dən transfer etmək istədiklərini deyən Leandoyra: ”Ronaldo hələ 18 yaşındaykən vidolarına baxdıq və La Korunaya transferi üçün “Sportinq”lə görüşdük. “Sportinq” bizdən o vaxt 12 milyon avro satınalma hüququ tələb etdi və bizim bu məbləği vermək şansımız yox idi, ona görədə transfer məsələsini bağladıq”.(modern.az)

AzNews.az