762 nəfərə böyrək, 101 nəfərə qaraciyər nəql edilib

3 Aprel 2019 12:04 (UTC+04:00)

“Son 15 ildə Bakı və regionları əhatə etməklə 50-yə yaxın hemodializ mərkəzi yaradılıb. 3700-ə qədər xəstə dövlət hesabına dializ müalicəsi ilə təmin olunub”.

Bunu baş nefroloq Fariz Babayev deyib.

O bildirib ki, Azərbaycanda 762 böyrək, 101 qaraciyər nəql edilmiş xəstə qeydiyyatdadır: “2018-ci il ərzində Azərbaycanda 89 uğurlu böyrək köçürmə əməliyyatı həyata keçirilib”.

F. Babayev ölkədə böyrək çatışmazlığı və orqan nəqli problemlərinə dövlət nəzarətinin daha da artırıldığını bildirib. O qeyd edib ki, xəstələrin dərman təminatı ilə yanaşı, hər il yeni dializ mərkəzləri yaradılır, "Orqanların köçürülməsi haqqında" yeni qanun layihəsi üzərində işlər başa çatdırılmaq üzrədir.(ona.az)

AzNews.az